Çindən ABŞ-a cavab: “Öz ərazimizdir, özümüz biləriik”

51

Çin Cənubi Çin dənizində süni adaların tikintisində iştirakına görə ABŞ-ın bu ölkənin şirkətlərinə qarşı tətbiq etdiyi qanunsuz sanksiyalara qarşı çıxır.

Axar.az xəbər verir ki, bu barədə Çin XİN-dən bildirilib.

“Öz ərazisində tikinti aparmaq Çinin suveren hüququdur və bunun hərbiləşmə ilə heç bir əlaqəsi yoxdur. Çin şirkətlərinin və fiziki şəxslərin ölkə ərazilərindəki tikintilərdə iştirakı məntiqli və qanunidir və tənqid ediləcək addım deyil”, – deyə diplomat bildirib.