Çində supertramvay yaradılıb

78

Mərkəzi Çinin Xunan əyalətində kontakt şəbəkəsiz işləyən supertramvay yaradılıb. İctnews.az-a istinadən bildirir ki, tramvay “CRRC” korporasiyasının tərkibinə daxil olan Çjuçjou şəhər lokomotivqayırma şirkəti tərəfindən istehsal olunub. Qatar elektrik enerjisini ona quraşdırılan superkondensatorlardan alır və 30 saniyə ərzində bir dəfə doldurulan enerji ilə 5 km məsafəni qət edə bilir.

Yeddi vaqondan ibarət qatar 500 nəfəri daşıyır və maksimum 70 km/saat sürətlə hərəkət edir. Tramvay avtonom idarəetmə sistemi ilə təchiz edilib. Yeni aşağıdöşəməli tramvay Çinin cənub-qərbində yerləşən Yunnan əyalətinin Kunmin şəhər Çanşuy beynəlxalq aeroportunun xəttində istifadə olunacaq.