Çində daşqın baş verib, xeyli sakin təxliyə olunub

60

Çinin cənub-şərqindəki Çonqçinq meqapolisi dünən 1939-cu ildən bu yana ən böyük daşqın ilə üzləşib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, Yanqtze çayının il ərzində artıq beşinci, son günlər ərzində ikinci dəfədir daşması nəticəsində ilk dəfədir birinci dərəcəli daşqın təhlükəsinin elan olunub. Şəhərdə minlərlə sakin təxliyə olunub, sahilboyu ticarət və sair iş məkanları bağlanıb. Daşqınların Yanqtze çayının yuxarı hissəsi boyu yağan leysan yağışları ilə bağlı olduğu bildirilir.

Şəhərin tarixi mərkəzi Kiçikou da daxil olmaqla bir sıra ərazisi su altında qalıb. Dünən səhər vəziyyətlə tanış olmaq üçün baş nazir Li Keçianq hadisə yerinə gəlib.