ÇİNDƏ ƏHALİ TƏŞVİŞDƏDİR: koronavirusun ikinci dalğası gəlir?

45

Hurriyyet.org xəbər verir ki, Kovid-19 epidemiyasının mərkəzi olmuş Çin son dövrdə yeni tipli koronavirusa yoluxma tempinin azalmasından sonra normal həyata qayıdış addımlarını atmağa başlayıb. Məsələn, ötən saatlarda Vuhanda yoluxma hallarının daha baş vermədiyi xəbəri verilmişdi.

Lakin hazırda Çinin ikinci Kovid-19 dalğası qarşı-qarşıya gəlməsi təhlükəsi barədə iddialar irəli sürülür. İddialara görə, birinci dalğadan sonra pandemiyanın ikinci dalğası da Rusiya sərhədləri və paytaxtda geniş yayılmağa başlayıb.

Ölkənin paytaxtı Pekin şəhərində idman idman salonları və ictimaiyyətə açıq üzgüçülük hovuzları bağladılıb, asqırma və öskürmə zamanı ağız və burunları bağlamaq və xəstə ikən maska taxmaq məcburi olub. İctimai nəqliyyat vasitələrində yemək yemək qadağan edilib.

Yeni tədbirlər çərçivəsində itləri xaltasız gəzdirmək, yerə zibil atmaq, tüpürmək və s. kimi bir sıra qəribə qadağanlar edilib. Bu tədbirlərə riayət etməyən şəxslər 200-500 yuan cərimə cəzası alacaq.

Yeni qadağanların tətbiq edilməsi əhali arasında yoluxmanın ikinci dalğasının baş verdiyi ilə bağlı təşviş doğurub. Rəsmi dövlət orqanları bu barədə açıqlama verməyib.

İndiyə qədər Çində yeni tipli koronavirusa 82 mindən çox yoluxma, 4 633  ölüm halı qeydə alınıb.

Hurriyyet.org