Cinayəti ört-basdır etməyə çalışan şəxslər vətəndaşın evini mühasirəyə aldı – LƏNKƏRANDA

135

Ötən həftə Hurriyyet.org-da  Lənkəran rayon sakini, 1989-cu il təvəllüdlü Vüsalə Əliyevanın qızı Diana Əliyevanın Lənkəran rayon polis şöbəsinin əməkdaşı Orxan Şahmarov tərəfindən cinsi təcavüzə məruz qoymasıyla bağlı yazı yayımlanıb. Belə ki, sözügedən polis əməkdaşı vəzifə səlahiyyətlərindən istifadə edərək, proflaktika adıyla azyaşlı qızı təcavüzə məruz qoyub.

Redaksiyayla əlaqə saxlayan Vüsalə Əliyeva, hazırda evinin polis əməkdaşları tərəfindən əhatə olunduğunu və rəsmi çağırış olmadan zorla polis bölməsinə aparmaq istədiklərini bildirib.

Hurriyyet.org sözügedən hadisəylə bağlı bəzi məlumatlar əldə edib. Belə ki, Lənkəran rayon prokurorluğu, Rayon polis bölməsinin rəisi və ekspertiza idarəsi yazı yayımlandıqdan sonra qorxuya düşüb. Onlar bütün vasitələrə əl atmaqla Vüsalə Əliyevanın qarşısını alır, onun və qızının rayondan çıxışını almağa çalışır.

Hazırda, Lənkəranın hadisədə adı hallanan səlahiyyətli şəxsləri Vüsalə Əliyevanı həbs etməklə, məsələyə birdəfəlik son qoyulmasına çalışır.

Redaksiyadan: Mövzunu davam etdirəcəyik.