Çin uyğurların assimilyasiyası üçün 380 düşərgə qurub

129

Hurriyyet.org xəbər verir ki, Çinin Səncan vilayətində 2017-ci ildən bəri müsəlman uyğur türklərinin assimilyasiya edilməsi üçün onların həbsdə saxlanıldığı 380 ədəddən artıq faşistsayağı düşərgə və mərkəz qurulduğu iddia edilir.

Bu barədə məlumat Avstraliya Strateji Siyasət İnstitutunun “Səncan Məlumat Layihəsi” çərçivəsində yaydığı hesabatda verilib. Hesabatda şahidlərin ifadələri, jurnalistlərin və tədqiqatçıların faktları və yerli hakimiyyətin rəsmi inşaat tədarük elanlarına əsaslanan dəlillər, peyk fotoşəkilləri əsasında aparılan araşdırmalar əks etdirilib. Nəticədə 380-dən artıq bina və müəssisənin yeri aşkara çıxarılıb. 2 il əvvəl sayı 100 ədəd olan düşərgələrin peyk fotoları onların sürətlə çoxaldığını göstərib. Hesabatda 14 ədəd həbsxananın inşa edilməkdə olduğu da qeyd edilib.