Çin Trampın açıqlamasına CAVAB VERDİ: “Əsassız və tamamilə uydurma iddialardır”

60

Hurriyyet.org xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin mtbuat nümayəndəsi Qenq Şuan yeni tipli koronavirusun Vuhan Virusologiya İnstitutunun laboratoriyasından çıxdığı barəsində iddiaları təkzib edib.

Qenq bu gün yaydığı açıqlamada Vuhan Virusologiya İnstitutunun yeni bir koronavirus meydana çıxarmaq qabiliyyətinə malik olmadığını və bunu qətiyyən etmədiyini bildirərək deyib: “Bunlar əsassız və tamamilə uydurma iddialardır”.

Qenq  amerikalı siyasətçilərin Çinin pandemiyanın yayılmasına görə məsuliyyət daşıdığı barəsindəki açıqlamalarını tənqid edərək, ABŞ-ın vaxtını epidemiyaya daha yaxşı nəzarət eləməyə xərcləməli olduğunu bildirib.

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp Kovid-19-un Vuhandakı bir laboratoriyadan çıxdığına dair dəlilləri gördüyünü bəyan edib.

Hurriyyet.org