“Çin Təhdidində olan Dövlətlərin  Birliyi qurulmalı, ortaq iqtisadi məkan yaradılmalıdır” – CAHANDAR BAYOĞLU

126

“Bəşəriyyətə təhlükə olan Çinə “dur” deməyin zamanıdı”

“Çin kommunist dövləti millətləri əsarətdə saxlayan, genosid siyasəti yürüden, 100 milyonlarla buddaçı çin olmayan millətləri asimliyasyaya uğradan qapalı şovinist bir rejim olmaqla, son 20 ildə iqtisadiyyatı inkişaf edərək süpergüç dövlət kimi ciddi təhlükə mənbəyinə çevrilməkdədir”. Hurriyyet.org xəbər verir ki, bunu Turan Partiyası Girişim Kurulu başqanı Cahandar Bayoğlu deyib.

“Çin dövləti mərkəzi Amerikada olan qlobalist güclərlə də iş birliyindədir”

C. Bayoğlu qeyd edib ki, bir çox Yapon mənbələrinə görə Çin əhalisinin yarısı çin millətindən deyil: “Mənbənin bilgilərinə görə, Çinin, Çar Rusyasının quruluş dönəmindən bu yana içərisinə aldığı millətlərin böyük əksəriyətinin Türk olduğu qeyd olunur. Əhalisi 1.5 milyarda yaxın dövlətin 600 milyonu Çin millətindən olan bu dövlət yerli millətlər için təhlükəli olduğu qədər də, güçləndikcə qonşu və dünya dövlətləri üçün də təhlükəyə çevrilir. Nəzərə alsaq ki, Çin dövləti mərkəzi Amerikada olan qlobalist güclərlə də iş birliyindədir. Bu, təhlükənin daha ciddi olmasından xəbər verir”.

“Çinin güc qazanmasında, dünya maliyyə qaynaqlarının patronları olan qlobalist güclər əsas rol oynayır”

“Çinin Uhan şəhərindən yayılan virusun təhlükəsi hər kəsin həyatına təsir etməkədədir, dünya dövlətlərinin iqtisadiyyatının çökməsinə səbəb olmaqdadır. Tək qazanclı ölkə Çin görünməkdədi. Bu virus həm də bakterialoji silah kimi də dəyərləndirilməkdədir. Çinin bu qədər güc qazanmasında, dünya maliyyə qaynaqlarının patronları olan qlobalist güclər əsas rol oynayır. Bəzi analitiklər qlobalistlərin ABŞ-da olan siyasi hakimiyyətlərinin təhlükəyə düşməsindən və Çinlə yeni ittifaq quraraq, dünya iqtisadiyyatına ağalıqlarını qorumaq və daha güçlənmək niyyətidir”,-deyə Turan Partiyasının başqanı əlavə edib.

“Çin daha çox qonşu Türk dövlətləri üçün təhlükə mənbəyinə çevrilir”

C.Bayaoğlu vurğulayıb ki, Çinin içində olan millətlərə olan anti-insani davranışları və dünyada artan nüfuzu insanlığı, bəşəriyyəti narahat etməyə bilməz: “Artiq Çin qonşu Qazaxıstan, Qırğızıstan, Özbekistan, Koreya, Rusiya, Yaponya kimi dövlətlərə ərazi iddiasını gizlətmir və bir çox yerlərdə iqtisadiyyatı hesabına topraqları ələ keçirir. Xatırlasaq ki, bütün sərhəd dövlətləri Türk dövlətidir və Rusiyadan istədiyi topraqlar da Türk torpağıdır, onda anlaşılır ki, Çin daha çox qonşu Türk dövlətləri üçün təhlükə mənbəyinə çevrilir. Azərbaycan, Türkiyə sərhəd dövləti kimi görünməsə də, həmən dövlətlər işğala məruz qalarsa, bizdə sərhəd dövləti olacağıq. Türk dövlətlərinə, dünya Türklüyünə, insanlığa, bəşəriyyətə təhlükə olan Çinə “dur” deməyin zamanıdı”.

“Dünyanın Çinə olan ehtiyacının qarşısı alınmalıdır”

C. Bayoğlu hesab edir ki, bunun üçün Çin təhlükəsində olan dövlətlərin  birliyi qurulmalı, ortaq iqtisadi məkan yaradılmalıdır: “İlk olaraq bu birliyə Yaponya, Birləşmiş Koreya, Qazaxıstan, Monqoliya, Qırğızıstan, Tacikistan, Əfqanıstan, Türkmənistan, Pakistan, Azərbaycan, Gürcüstan və Türkiyə qoşulmalıdır. Çin təhdidi altında olan bu dövlətlərin ərazisində istehsal sahələri qurulmalı, dünyanın Çinə olan ehtiyacının qarşısı alınmalıdır. Belə olarsa, Çin təhlükəsinə qarşı  olan dünya dövlətləri bu iqtisadi birliyin yanında olacaq və iqtisadi inkişafına yardım edəcək. Məncə, başda Yaponya, Koreya, Türkiyə kimi inkişaf etmiş dünya dövlətlərinin birlikdə olması, bu birliyin qısa zamanda gücə çevrilməsinə səbəb olacaq. Bu birliklə qonşu Rusiya, Hindistan kimi  dövlətlərin əməkdaşlığı yüngülləşdirilməlidir”.

C. Bayoğlunun fikrincə, Çin Təhdidində olan Dövlətlərin Birliyi(ÇTDB) güçləndikcə Şərqi Türküstanın azadlığı gerçəkləşər və Çin zülmündə yaşayan buddaçı Türklər və başqaları da milli haqlarına sahiblənmiş olar”.

Şamo EMİN, Hurriyyet.org