Çin Tacikistana qoşun yeritmək üçün infrastruktur qurur

168

ABŞ-ı isə Əfqanıstandakı ordusunun təhlükəsizliyi və oradakı maraqları narahat edir

Vaşinqtonun ordusunu çəkəcəyini bəyan etdiyi yerlərdə siyasi varlığının da azalacağı və boşalacaq bölgələr uğrunda Fransa, Çin, Rusiya, Türkiyə mübarizə aparmaqdadır

Hazırda proqressiv ABŞ siyasətinin yerini bir zamanlar SSRİ-nin yürütdüyü “beynəlmiləl” və ya “proletar internasionalizm” siyasətinə oxşar xətt almaqdadır. ABŞ Çinə qarşı təşviş içində dövlətlərdən “tərəfini seçmək” tələbi qoyur və görünür, dövlətlər bu “iki şeytan”dan birini tərcih etməli olduğunu nümayiş etdirməli olacaq.

Əvvəlcə onu qeyd edək ki, düzənin yenidən qurulmasında güclərin döyüş mövqelərini tutması prosesi gedir və onlar tərəfdaşlarını rəqib tərəfin qonşularından seçərək “mühasirəyə almaq” takitikasından istifadə edirlər. Bu taktika həmçinin, zərbənin qonşudan endirildiyini nəzərə alsaq, daha effektiv olur. Məsələn, Rusiyanın bizə Ermənistanla təzyiq etməsi kimi. Bilirik ki, hazırkı siyasi konfiqurasiyada ABŞ Çinin rəqibini qonşu Hindistan, Əfqanıstan və Cənub –Şərqi Asiya dövlətlərindən təşkil etdi və bu gedişlə Çinin mühasirəsini möhkəmləndirir. Görürük ki, ABŞ ilə Çin arasında Sakit okeanda “Soyuq Müharibə”dən başqa Hindistan və Çin arasında Himalay dağlarında 20 nəfərin ölümü ilə nəticələnən isti müharibə alovlanmaqdadır. Çin isə dənizdə “mirvari düzümü” kimi bilinən dəniz bazaları və bir sıra ittifaqlar ilə Hindistanı mühasirəyə almaqdadır. Çinin Sakit okeanda Hindistanı üstələmək strategiyasında ən əsas zəifliyi Sinqapur və Sumatranı nazik zolaqla ayıran Malakka Boğazıdır. Bu boğaz Çinin həm dəniz ticarəti və həm donanması üçün Cənubi Asiyaya doğru istiqamətlənən şah damarı rolunu oynayır. Çinin Hindistanla rəqabətinə və Afrika, Yaxın Şərq, Aralıq dənizi və digər ölkələrdəki strateji maraqlarına gəlincə, potensial düşmənlər arasında bu nöqtədən asılılığı azaldan hər bir şey çox mühümdür.

Pekinin ən iddialı layihələrinin başında – Çindən Hind okeanına ikinci dəniz yolunu açacaq, Malay yarımadasının ən dar nöqtəsi olan Taylandın Kra İstmus nöqtəsindən keçən “Bir Kəmər Bir Yol” layihəsi gəlir. Bu, Çin donanmasına Cənubi Çin dənizində və Hind okeanında özünün yeni inşa edilmiş hərbi bazaları arasında Malayziyanın uc nöqtəsinə700 mildən çox məsafəni dolanmadan gəmiləri daha sürətlə getməyə imkan verə bilər. Bu faktor, Tayland kanalını Çin üçün həlledici strateji hədəfə və Taylandın dar cənub boynunda potensial ilmə halına gətirəcək. Tayland Çinin kanal qazmasına 30 milyard dollara qədər sərmayə qoymasına icazə verərsə, onunla bağların əbədi pərçimləndiyini görəcək. İş burasındadır ki,uzun mübahisələrdən sonra kanal bu ay Tayland siyasi elitasının dəstəyini qazandı. Hətta tarixi tənqidçi olan Banqkok Post belə kanalın lehinə çıxış etdi.

Çinin Taylanddakı nüfuz dairəsi mübarizəsi ictimai rəyin formalaşmasına kömək etdi. Vaşinqton ilə formal müttəfiqliyə baxmayaraq ABŞ 2014-cü ildə Tayland hökumətinin hərbi yolla devrilməsini qəbul etməsə də Banqkok Çinə doğru meylləndi.

Tayland kanalı Pekinin Hindistanı mühasirəyə almaq planlarına tam oturur. Çin Hərbi Dəniz Qüvvələri qərbdən Bengal Körfəzinə və Hind Okeanına girişir, Cibutidə Şərqi Afrika lojistik bazası açır və bölgədə Myanmar, Banqladeş, Pakistan, İran və hətta Rusiya donanmaları ilə birgə təlimlər keçirir. Bölgənin hər yerində Çinin maliyyələşdirdiyi liman infrastruktur layihələrinin çoxalması mühasirənin təsirini artırır. Hindistan buna cavab olaraq dənizdəÇin ilə qarşıdurmalara hazırlaşır. Avqust ayında Hindustan Times, Hindistanın, məhz Çinlə qarşıdurma üçün Andaman və Nikobar adalarındakı hava və dəniz bazalarındaxeyli yeniliklər etməyi planlaşdırdığını bildirdi. Əhalisi yarım milyondan az olan strateji Hind arxipelaqı, Malakka boğazından Hind okeanına gedən dəniz zolağını ayırır. Bu istiqamətin Tayland kanalını əvəz etmək potensialı var.

Malakka boğazı, əsrlər boyu qlobal ticarətin əsas dəhlizidir. İtalyan səyyah Marco Polo 1292-ci ildə Kubilay Xanın sarayından evə qayıdarkən bu boğazdan keçdi. 1400-cü illərin əvvəllərində Çinin Ming sülaləsi admiralı Jeng He Hindistan, Afrika və Yaxın Şərqə səyahətlərini bu boğazadan keçərək etdi. Bu gün Şərqi Asiyaya neft gətirən və istehsal olunan məhsulları geri daşıyan ildə 80.000-dən çox gəmi bu boğazdan keçir. Müasir Sinqapur öz rifahını boğazın cənub-şərq ucundakı strateji nöqtəyə borcludur.

Tay Kanalı Assosiasiyası iddia edir ki, Tayland bu mənfəətin bir hissəsini öz inkişafına yönəldə biləcək, Asiyanın əsas tranzit arteriyalarından birinə çevrilə biləcək kanalın hər iki ucunda sənaye parkları və logistika mərkəzləri inşa edə biləcək. Malakka boğazına alternativ olan Malayziyanın Sunda Boğazı kimi alternativlər, şərq-qərb karqolarınınöz yollarına kənardan keçmələrini tələb edəcəkdir.

9A marşrutu kimi tanınan Tayland kanalı, hər biri 30 metr dərinlikdə, 180 metr enində və75 mil uzunluğunda iki paralel kanalı əhatə edəcəkdir. Amma taylandlılar, Kolumbiyanın bir vaxtlar Panama adlanan şimal-qərb məntəqəsinə sahib olduğunu xatırlaya bilər. Panamalı separatçılar 1903-cü ildə qiyam qaldıran zaman, ABŞ donanması yeni ölkənin müstəqilliyini təmin etmək üçün işə qarışdı. ABŞ-ın İstmiya Kanal Komissiyası bir il sonra Panamaya köçdü və Panama Kanalı 1914-cü ildə fəaliyyətə başladı. Panama o zamandan bəri ABŞ-ın protektoratıdır. 1869-cu ildə açılan Süveyş kanalı, 1956-cı ildə də ingilis və fransız hərbi müdaxiləsinin zamanı müzakirə predmeti olmuşdu.

Bu gün Taylandın ərazi bütövlüyünə hələ ki, təhdid yoxdur. Ancaq Malakka layihəsi Cənub-Şərqi Asiyanın siyasi coğrafiyasını yenidən quracaq və Çini asanlıqla qovulmayan daimi təhlükəsizlik ortağı kimi gətirəcək – Panamadakı kimi. Bangkokda Çinə qarşı bir hökumət olsa və bu kanalı kəsməklə təhdid etsə, Çin cənubdakı azadlıq hərəkatını dəstəkləyəcək və öz maraqlarını qorumaq naminə hərbi müdaxilə ilə kanala nəzarəti ələ keçirəcək. Panamanın nümunəsi göz qabağındadır. İş burasındadır ki, Tay kanalı ABŞ və onun müttəfiqlərinə – Hindistan da daxil olmaqla – az zərər versə də, Mynamar və Kamboca kimi zəif ölkələrin Çinə qurban gedə bilər. Tayland isə burada tələ rolunu oynayacaq.

Pentaqonun ABŞ Konqresinə təqdim olunan illik hesabatda Tacikistanı Çin hərbi qüvvələrinin – Xalq Azadlıq Ordusunun “dəniz, hava və quru qoşunlarına dəstək üçün maddi-texniki təchizat obyektlərinin qurulmasını planlayırlar” deyə məlumat təqdim olundu. The Diplomat “Why Did Tajikistan Make an Appearance in the China Military Power Report?” məqaləsində yazır ki, hesabatda Myanmar, Tayland, Sinqapur, İndoneziya, Pakistan, ŞriLanka, Birləşmiş Ərəb Əmirlikləri, Kenya, Seyşel, Tanzaniya, Anqola və Tacikistan kimi ölkələrin adı keçir. Layihənin iqtisadi ayağına Pekin, hərbi-təhlükəsizlik ayağına isə Moskva cavabdehdir. Amma Pekin yalnız Moskvaya güvənməklə qalmır, əksinə Moskvanın öz nüfuz dairəsi hesab etdiyi Mərkəzi Asiya ölkələrini öz nüfuz dairəsinə çəkmək üçün iş aparır.

2016-cı il sentyabrda Reuters bildirdi ki, Tacikistan Çinilə 11 “zabit və sərhəd gözətçilərinin təlim mərkəzi” inşa etmək üçün müqavilə imzaladı, oktyabrda Çin-Tacikistan birgə hərbi təlimlərini keçirdi. O vaxtdan bəri Tacikistanın şərqində Çin hərbi kontingentinin olması barədə şayiələr yayıldı və ölkələrarasında hərbi təlimlər daha tez-tez baş verir. 2019-cu ilin fevralında Washington Post müxbiri Jerry Shea Tacikistanın şərqində Çin hərbi bazasının varlığını sübut etməyə çalışdı. Buna görə Pentaqon Tacikistanı Çinin hərbi gücü ilə bağlı illik hesabatının “Çinilə Tacikistan arasında terrorizmə qarşı mübarizə” adlı bölməsində qeyd olunur ki, 2016-cı ildən bəri “Tacikistan, Əfqanıstan və Çini birləşdirən sərhəd bölgəsində patrul xidməti ilə Tacikistanda Xalq Silahlı Milis qüvvələri fəaliyyət göstərəcək”. Hesabatda patrul xidmətinin QCCM ilə bağlı olduğu vurğulanaraq qeyd olunur ki, “Xalq Silahlı Milisi Sincan əyalətində ehtimal ki,”şərin üç növü” ilə mübarizə aparmaq üçün gəliblər. Şərin üç növü – terrorizm, separatizm və ekstremizm – dünyanın hər yerində olduğu kimi Çinin Orta Asiya ilə təhlükəsizlik müzakirələrində əsas yer tutur.

Pentaqonun hesabatında deyilir ki, ilk fazada patrullar birləşdi – Tacikistan və Çin hərbçiləri Əfqanıstan sərhədini birgə qorudular, lakin indi “Çin bu üçtərəfli sərhədi tək gözətləyir”. Çinin sərhəd ilə bağlı narahatlığına bəhanə ABŞ – NATO qüvvələrinin 2014-cü ildə Əfqanıstandan çıxarılması və terrorçuların Sincana keçməsi gətirilir. Faktlar göstərir ki, Çin Tacikistana qoşun yeritmək üçün infrastruktur qurur. ABŞ-ı isə Amerika Əfqanıstandakı ordusunun təhlükəsizliyi və oradakı maraqları narahat edir. Çox güman ki, Çin Düşənbənin razılığı və dəstəyi olmadan Tacikistan ərazisində bu cür addımlar ata bilməz. Çinin Tacikistanın suverenliyi və ərazisini zəbt etməsi ilə bağlı təlaşlar və ictimai sinofobiya – Çinə qarşı fobiya-artırdığından, xalq narazı ola bilər. Xalqın narazılığını isə Pekinin bölgədəki iqtisadi investisiyaları yumşaldır.

ABŞ dövlət katibi Maykl Pompeo cümə axşamı Cənub-Şərqi Asiya Millətlər Birliyinin xarici işlər nazirləri ilə onlayn sammit zamanı Cənubi Çin dənizindəki ərazi mübahisələri səbəbindən Pekinə təzyiqi artıraraq, Çin dövlət şirkətləri ilə iş görməyə yenidən baxmağa çağırdı. Pompeonun şüarı “Yalnız danışma, hərəkət et” idi.

Son aylarda ABŞ və Çin Honq Konqdakı demokratiyadan tutmuş məşhur çinli TikTok və WeChat tətbiqlərindəki data təhlükəsizliyinə qədər çox şeylərdə çəkişdiyinə görə Cənubi Çin dənizindəki gərginlik artdı. İyul ayında ABŞ, Çinin Cənubi Çin dənizində iddialarını rədd etdi və hərbi təlimlər keçirmək üçün sulara təyyarə daşıyıcılarını göndərdi. ABŞ cavab olaraq Çin Cənubi Çin dənizinə raket atdı və bölgədəki ABŞ bazalarına gücünü göstərdi.

Pompeonun çağırışı, ABŞ-ın keçən ay 24 şirkətə Çinin dəniz sahəsindəki “mübahisəli postları geri alması və hərbiləşdirməsi” üçün göstərdikləri köməyə görə ticarət və vizalara veto elan etməsindən sonra gəldi–o şirkətlərdən ən məşhuru Çinin “Bir Kəmər Bir Yol” layihəsinin əsas qurucusu China Communications Construction Co şirkətidir.

Pompeo “bilirəm ki, çoxunuz Tramp prezidentliyə gələndə onun administrasiyasına və niyyətimizə şübhə ilə yanaşırdınız” dedi. “Son üç il yarımda olduğumuz kimi Amerikanın sizə kömək edəcəyinəəmin olmalısınız”. Pompeoya cavab Vyetnamın baş diplomatından gəldi – Cənub-Şərqi Asiya ölkələrinin ABŞ-ın Cənubi Çin dənizində sülhün qorunmasında rol oynamasını istədiklərini söyləyərək, Pekinin ABŞordusunun bölgəni destablizasiya etdiyi iddiasınaqarşı çıxdı.

İş bundadır ki, Vyetnam, Filippin, Bruney və Malayziya, Çinlə mübahisələr üzündən dənizdən balıq, neft və qaz çıxara bilmir. Çin bu dənizdəki adalara da iddia edir. Xatırladaq ki, son dövrün gündəmi Aralıq dənizidir və Aralıq dənizi bölgəsi olan dövlətlərdən başqa Rusiya, Almaniya, ABŞ kimi dövlətlər də aktivlik göstərirlər. ABŞ və Çin dünyanın fəqrli bölgələrində üz-üzə gəldiyi kimi Aralıq dənizində də üz-üzədirlər. Söhbət Aralıq dənizinin təbii ehtiyatlarından yox, Afrikadan gedir. Bu gün prezident Tramp ABŞ qoşunlarının İraq və Əfqanıstandan çıxarılacağını bəyan etdi. ABŞ-ın Çini sıxışdırmaq taktikası baxımından Əfqanıstandan bazalarını çıxaracağı inandırıcı deyil. ABŞ Əfqanıstanın tam gücü ilə ona dəstək ola bilməsi üçün ölkədə idari bütövlüyün təmin olunması gərəkdiyinin fərqindədir və bu səbəbdən Əfqanıstan hökuməti ilə Talibanı bir araya gətirməyə, arada sülhün təmin olunmasına çalışır ki, mediada artıq Əfqanıstan hökuməti ilə Talibanın sülh müzakirələrinin Qatarın paytaxtı Dohada baş tutacağı açıqlandı. Dediyimiz kimi, ABŞ Çini Əfqanıstan, Hindistan və Cənub-Şərqi Asiya ölkələrindən mühasirəyə almaqdadır. Ölkələrin Aralıq dənizinə yığılma səbəbi isə məhz Afrikanın bölüşdürülməsi və pay almaq niyyətidir. Yunanıstanın NATO-dan Türkiyəyə qarşı yardım ala bilməməsi səbəbindən yunan lider Miçotakisin Çinə müraciətindən qeyzlənən ABŞ dövlət katibi Mayk Pompeo şənbə günü Cənubi Kipri ziyarətə gəlir və bu ziyarətin Rusiya xarici işlər naziri Lavrovun səfərindən həmən sonra reallaşması diqqəti cəlb edir. Wall Street Journal Şərqi Aralıq dənizində artan gərginliyə ABŞ-ın iqtisadi və hərbi müdaxilə edə biləcəyini yazdı.

Gələk Türkiyə və Rusiyaya. Rusiyanın Aralıq dənizində olmaq istəyinin kökü keçmişdəki “isti dənizlərə enmək” istəyinə dayanır. Türkiyə geosiyasi dəyişimin tam ortasındadır. Burada söhbət yalnız enerji mənbələrindən getmir. Hadisələri belə oxuya bilərik ki, ABŞ-ın müxtəlif ölkələrdə doktrinləri olduğu kimi Rusiya və Türkiyə ilə bağlı da doktrinləri var. ABŞ uzun zamandır ki, Rusiyanın Cənubi Kiprə dəstəyinə qarşı qısqanclıqla qarşıladı və ona qarşı silah vetosunu qaldırdı. Əslində bəzi xarici ekspertlər Rusiyanın bu əsrdə dağılacağını bildirsə də Rusiya isti dənizlərə endi, Suriyada-Tarsusda bazaya malikdir. Liviyada Vaqner formasında var. Tükiyənin ən çox istəmədiyi məsələdə -PKK-PYD-YPG-nin əsasında kürd dövlətinin ortaya qoyulması məsələsində Fransa və ABŞ ilə həmfikir və müttəfiqdir. ABŞ-ın qarşısına Çinin dikilməsiylə Vaşinqtonun ordusunu çəkəcəyini bəyan etdiyi yerlərdə siyasi varlığının da azalacağı və boşalacaq bölgələr uğrunda Fransa, Çin, Rusiya, Türkiyə mübarizə aparmaqdadır. Əsas mübarizə isə Afrika və Afrikanın təbii qaynaqları uğrunda gedir, Aralıq dənizi isə Afrikaya keçid mənası daşıyır. Aralıq dənizində möhkəmlənən qüvvələr Afrikaya qapı əldə edəcəklər.

Ülviyyə ŞÜKÜROVA