Çin təhdidinə qarşı ABŞ ilə yeni ittifaq

186

Hurriyyet.org xəbər verir ki, Avropa İttifaqı Çin təhdidinə qarşı ABŞ-a yeni bir ittifaq təklif edib. Avropa ittifaqının ABŞ Prezidenti Donald Trampdan sonrakı dövr üçün Çinin yaradacağı təhdidin qarşısını almaq üçün ABŞ ilə yeni bir ittifaq qurmaq istədiyi iddia edilib.

Financial Times” qəzetinin verdiyi xəbərdə deyilir ki, Aİ-nin üzərində işlədiyi plana görə, ABŞ ilə Avropa İttifaqı arasında rəqəmsal tənzimləmədən tutmuş, Kovid-19 pandemiyası ilə mübarizəyə qədər bir sıra məsələlərdə münasibətlərin, bağların yenidən qurulması nəzərdə tutulur.