“Çin koronavirus barəsində məlumatları qəsdən gizlədib” – ABŞ KƏŞFİYYATI

57

Hurriyyet.org xəbər verir ki, Amerika kəşfiyyatı Çinin yeni tipli koronavirusun yayılma miqyasını və yoluxma dərəcəsinin böyüklüyünü gizlətməsinin səbəbinin epidemiya ilə mübarizə aparmaq üçün lazım olan tibbi məhsulların ehtiyatını tədarük eləmək olduğunu iddia edib. Məlumatı “Assoşieyted Press” agentliyi sənədlərə istinadən yayıb.

Kəşfiyyatın hesabatında deyilir ki, Çin koronavirusun ciddilik dərəcəsini azaltdığı dövrdə, tibbi təyinatlı məhsulların idxalını artıraraq, ixracını azaldıb.

Hesabatda bildirilir ki, Çin demək olar ki, bütün yanvar ayı boyunca koronavirusun yoluxuculuğu barəsindəki informasiyanı Ümumdünya Səhiyyə Təşkilatından gizlədib.

Hurriyyet.org