Çin dünyanı ələ keçirəcək, xərçəngin çarəsi tapılacaq…

750
Vanqanın 2021-ci illə bağlı proqnozları
Artıq 2020-ci ilin son günləri yaşanır. İnsanlar yeni 2021-ci ildə dünyada nələrin ola biləcəyi ilə maraqlanırlar. Bu ərəfədə yenidən Vanqanın proqnozları ortaya çıxıb.

Bildirilir ki, məşhur bolqar öngörücü 2021-ci ildə ictimaiyyəti çətin günlər gözlədiyini qeyd edib. Onun proqnozlarına əsasən Çin dövləti Rusiya və Hindistanla birləşərək, dünyanın “qüdrətli əjdahası”na çevrilə bilər. Həmçinin iddialara görə Avropada çoxlu sayda terror hadisələri baş verəcək.

Vanqanın 2021-ci il üçün müsbət proqnozları da var. İddialara görə qarşıdakı ildə alimlər xərçəng xəstəliyinin dərmanını tapa biləcək. Bundan əlavə uça bilən qatarlar yaranacaq. Belə ki, neft istehsalındakı çətinliklər ucbatından Günəş şüası ilə uça bilən qatarlar ortaya çıxacaq.
Xatırladaq ki, Vanqa 1911-ci il yanvarın 31-də Bolqarıstanın Strumista kəndində anadan olub. Əsl adı Vanqeliya Pandeva-Quşerova olan Vanqanı 12 yaşında ildırım vurmasından sonra gözləri tutulub. Həmin vaxtdan Vanqa öngürücülüyə başlayıb. 1996-cı ildə vəfat edən Vanqanın Şahzadə Dianın ölümü, 11 sentyabr 2001-ci il tarixli terror aktı ilə bağlı verdiyi proqnozlar doğru çıxdıqdan sonra hər kəs ona inanmağa başlayıb.

Qeyd edək ki, Vanqa Kurskun su altında qalacağını və bütün dünyanın buna ağlayacağını bildirmişdi: 2000-ci ildə Rusiyanın “Kursk” atom sualtı qayığı batdı, 118 əsgər həlak oldu.
ABŞ-ın 44-cü prezidentinin qaradərili olacağını, bundan sonra ölkə böyük iqtisadi krizisə girəcəyini, dünyaya sülh deyil, fəlakət gətirəcəyini demişdi. ABŞ Prezidenti Barak Obamanın gəlişindən sonra dünya düzənindəki narahatlıq göz önündədir.

Vanqanın gələcək üçün öngörüləri aşağıdakılardır:

2023-cü il – Dünyanın fırlanması azca dəyişəcək.
2028-ci il – Yeni enerji qaynaqları kəşf ediləcək.
2033-cü il – Qütb buzları əriyəcək, okeanların səviyyəsi qalxacaq.
2043-cü il – Bir müsəlman dövlət Avropanın tək hökmdarı olacaq.
2066-cı il – Müsəlmanların əlində olan Romaya hücum edən ABŞ iqlim dəyişikliyinə səbəb olan silahdan istifadə edəcək.
2076-cı il – Bütün dünyada kommunizm hakim olacaq.
2088-ci il – Dünyada yeni xəstəlik yayılacaq, insanlar saniyələr içində yaşlanacaq.
2091-ci il – Həmin xəstəliyin müalicəsi tapılacaq.
2100-ci il – İnsanlar süni Günəş yaradacaq və onun şüaları dünyanın qaranlıq hissəsini də eyni vaxtda işıqlandıracaq.
2125-ci il – Macarıstan yadplanetlilərdən siqnal qəbul edəcək.
2133-cü il – Yadplanetlilərin köməyi ilə su altında koloniyalar yaradılacaq.
2154-cü il – Yarıinsan heyvanlar ortaya çıxacaq.
2167-ci il – Yeni din yaranacaq.
2170-ci il – Böyük qıtlıq və quraqlıq başlayacaq.
2183-cü il – Marsdakı koloniyalar dünyadan müstəqillik tələb edəcək.
2256-ci il – Kosmosdan Yerə xəstəliklər gətiriləcək.
2288-ci il – Yadplanetlilərlə təmasa keçiləcək.
3005-ci il – Marsda müharibə olacaq.
3797-ci il – Dünyanın sonu. Yer üzündəki bütün canlılar məhv olacaq. İnsanlar yeni bir Günəş sisteminə köçəcək.