Çin-ABŞ böhranı bitmədi! – ƏKSİNƏ, DƏRİNLƏŞİR…

42

Hurriyyet.org xəbər verir ki, ABŞ ilə Çin arasındakı ticarət müharibələri koronavirus pandemiyası səbəbindən daha da şiddətlənib.

Almaniyanın Döyçe Bankının (Deutsche Bank) araşdırmasına görə, amerikalıların 41 faizi Çində istehsal edilən malları almayacaqlarını açıqlayıblar, çinli vətəndaşların da 35 faizi Amerikadan mal almayacaqlarını bildiriblər. İki ölkənin istehlakçıları arasındakı gərginlik koronavirus ilə bağlı qarşılıqlı ittihamlar üzündən dərinləşsə də, əsas səbəb iki iqtisadi qüvvə arasındakı pandemiyadan əvvəl də mövcud olmuş ticarət gərginliyidir.

“Döyçe Bank”ın böyük məlumat platforması olan dbDig tərəfindən aparılan sorğu ilk baxışda xarici məhsullara qarşı etibarsızlığın artdığını göstərir, eyni zamanda hər iki ölkədəki istehlakçıların əksəriyyətinin də qarşı tərəfin məhsullarından tamamilə imtina eləməyə hazır olmadığını əks etdirir.

“Türkiyə Qəzeti”ndə (Türkiye Gazetesi) dərc edilən xəbərdə Çinin istehlakçı etibarsızlığının əsas səbəbinin iki ölkə arasındakı 18 aylıq ticarət savaşı olduğu bildirilir. Çünki ABŞ idxal mallarına milyardlarla dollarlıq gömrük rüsumları tətbiq edir.

Yavnar ayının əvvəlində ABŞ Çin ilə ticarət razılaşması imzalasa da, “Cənubi Çin Səhər Poçtu” nəşri həmin xəbər barəsində belə yazmışdı: “Ticarət müharibəsinin hələlik bitmədiyini yaddan çıxarmamalıyıq. ABŞ Çinlə bağlı bütün gömrük rüsumlarını tamamilə ləğv eləməlidir”.

Hər iki ölkənin də öz aralarında razılaşmanı dəqiqləşdirməmələri, koronavirus pandemiyasından sonrakı etibarsızlıq münasibəti də istehlakçı davranışlarında sunami effekti yaratmışdır.

ABŞ-ın Çin məhsullarına yüz milyardlarla dollarlıq rüsumlar qoymasına rəğmən, ABŞ prezidenti Donald Tramp Çini yeni gömrük rüsumları ilə təhdid edir. Hətta, pandemiyanın yayılmasının baisi olduğu ittihamı ilə Çini cəzalandırmaq adı altında “bütün ticarət müqavilələrini ləğv eləməklə” təhdid edir. Çin rəhbərliyi və mediası öz növbəsində  ABŞ-ı epidemiyadan öz niyyətləri üçün istifadə eləməkdə ittiham edir.

BMT-nin 2019-cu ilin noyabrında bəyan elədiyi hesabatında ticarət müharibəsində amerikalı istehlakçıların  Çin iqtisadiyyatına 2019-cu ilin birinci yarısında 35 milyard dollar zərbə vurduğu bildirilmişdi.

Hurriyyet.org