Çimərliklərdə çətirlər arasında məsafə nə qədər olacaq? – RƏSMİ

99

“Çimərliklərdə çətirlər arasında dörd metr məsafə olmalıdır”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev deyib.

O bildirib ki, çimərlikdə karantin rejimi ilə bağlı təlimatlara ciddi nəzarət olacaq:

“Çimərliklərin hər birində bu məsələlərə nəzarət edəcək şəxslər olacaq. Vətəndaşlardan məsuliyyətli olmaları xahiş edilir”./oxu.az/