CİA-nın yeni direktoru nə vəd edir – Hədəfdə Türkiyə və Rusiyamı?

    18

    ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) yeni rəhbəri Gina Haspel rus və türk dillərində sərbəst danışa bilir.

    “Hürriyyət”in xarici mətbuata istinadən bildirdiyinə görə, Mayk Pompeonun Dövlət Departamentinin sədri təyin olunmasıyla boşalan MKİ-nin direktorluğuna Gina Haspel gətirilib.

    ABŞ tarixində ilk qadın baş kəşfiyyatçı olan Haspelin türk və rus dillərində səlis danışa bilməsi MKİ tərəfindən etiraf olunub.

    MKİ-nın yaydığı məlumata əsasən, uzun illər MKİ-də yüksək vəzifələrdə çalışmış xanım çekistin 2000-ci ildə Ankarada xidmət etdiyi bildirilir. Türkçə və rusçanı də həmin vaxt öyrənən Haspelin önə çəkilməsində bu qabiliyyətinin müstəsna rol oynadığı xəbər verilir.

    Ekspertlər bunu xeyrə yozmurlar. Onların fikrincə, baş kəşfiyyatçının bildiyi əcnəbi dillər MKİ-nın yaxın dövr ərzində uğraşacağı ölkələrin də göstəricisi ola bilər.