Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən saat 16:49-da söndürülüb.
Hurriyyet.org nazirliyin saytına istinadən xəbər verir ki, yanğının söndürülməsi əməliyyatına Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və 17 ədəd texnikası, Aviasiya dəstəsinin 3 ədəd helikopteri, Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, yanğının söndürülməsi üçün dərhal əraziyə Nazirliyin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.
Hazırda nazir müavinləri general-leytenant Etibar Mirzəyev və Tapdıq Əmiraslanov, habelə nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri ərazidədirlər.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Abşeron rayonu ərazisində, Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə 2 helikopter cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər davam etdirilir.
***
Ceyranbatan su anbarının ərazisində yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının ərazisində quru ot və kol-kos yanması barədə məlumat daxil olub.
Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri aparılır.