Ceyranbatan su anbarının yaxınlığındakı yanğın söndürüldü – YENİLƏNİB

93

Fövqəladə Hallar Nazirliyi (FHN) iyunun 12-də Ceyranbatan su anbarının yaxınlığında baş vermiş yanğının söndürülməsi ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində baş vermiş yanğın nazirliyin qüvvələri tərəfindən saat 15:38-də söndürülüb.

***

Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində təqribən 2 ha ərazidə yanğın başlayıb.

Hurriyyet.org-un FHN-ə istinadən xəbərinə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikasını və Mülki müdafiə qoşunlarının şəxsi heyətini cəlb etməklə yanğına qarşı təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Yanğın nəzarətə götürülüb və yayılmasının qarşısı alınıb.

Yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, iyunun 11-də də Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında baş vermişdi. Yanğının söndürülməsi üçün FHN-nin canlı qüvvəsi və 17 ədəd texnikası, Aviasiya dəstəsinin 3 ədəd helikopteri, Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti cəlb olunmuşdu.