Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsselə səfər edib

381

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclasında iştirak etmək məqsədilə Brüssel şəhərinə yola düşüb.

Bu barədə Hurriyyet.org-a XİN-in Mətbuat Xidməti idarəsindən məlumat verilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Avropa İttifaqı, eləcə də Belçika Krallığının rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

YƏHYA