«ÇEVRİLİŞ…» – Tramp ölkəni lərzəyə gətirəcək sınaqları bəyan etdi və amerikalıları «cəsarət»ə çağırdı

753
9 dekabr çərşənbə günü ABŞ Prezidenti Donald Tramp keçirilmiş prezident seçki ilə bağlı rezonans yaradacaq açıqlama verərək, qalmaqallı hadisələrin anonsunu verdi və amerikalıları “cəsarətə” çağırdı. Dialogue.
UA xəbər verir ki, bu iddianı rəsmi Twitter hesabında yayımladı. Tramp, prezident seçkilərində qalib gəldiyini iddia etməkdə davam edir. Onun sözlərinə görə bunun sübutu, Florida və Ohio ştatlarında səslərin çoxunu almasıdır. “Florida və Ohayoda qalib gələn heç bir namizəd seçkini uduzmadı. Hər iki ştatı da qazandım” prezident dedi. Bu mesajı “Ali Məhkəmə” hashtagı ilə yayımladı.
Tramp “çevriliş” haştaqı ilə amerikalıları “cəsarətə” çağırdı. O, “Tezliklə … ölkəmizi xilas edəcəyik” deyə yazdı. Prezident əlavə etdi ki, “bəzi tərəddüdlü əyalətlərdə rəqibindən (Demokratik Cozef Bayden – red.) yüz mindən çox səs aldı”. Tramp “bütün məlumatlar … göstərir ki, mən uduza bilməzdim” deyə yazdı. O, səsverməyə ehtimal olunan “müdaxilə” barədə yazdı.
Tərcümə etdi: Ülviyyə Şükürova