“Çernobıl partlayışından əvvəl 2 dəfə…” – İllər sonra ETİRAF

33

Çernobıl Nüvə Stansiyasının 4 nömrəli reaktorunda meydana gələn partlayışdan əvvəl müəssisədə 2 qəza olub.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bunu stansiyanın yanğından mühafizə müfəttişi Pyotr Şavrey etiraf edib.

Ukraynanın “Obozrevatel” qəzetinə müsahibə verən sabiq müfəttiş qəzanın dəqiq tarixini açıqlamayıb: “Bir dəfə yanacaq yükləyərkən yanacaq çubuğu qopdu və soyutma borusunu qırdı. O zaman böyük bir radiasiya sızıntısı oldu. Stansiyanın yerləşdiyi sahənin 1 metr dərinliyində torpaq çöküntüsü oldu. Pripyat şəhəri yuyuldu, avtomobillərimiz girov götürüldü. Stansiyanın bəzi işçilərində halsızlıq, ürəkbulanma və qusma simptomları üzə çıxdı. Bu qəzadan sonra eyni briqadadan 6 nəfər klinikada dünyasını dəyişdi”.

Şavreyin sözlərinə görə, ikinci qəza 6 aydan sonra meydana gəlib: “Turbin qurğusunun fırlanğacı qırıldı və havaya uçdu. Hidrogen sızıntısı meydana gəldi. O anda yaxınlıqda qaynaq işi olsaydı, böyük partlayış yaşanacaq və stansiya çökəcəkdi”.

Qeyd edək ki, 26 aprel 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasının 4 nömrəli reaktorunda böyük partlayış meydana gəlmişdi. Qəzadan sonra radiasiya Rusiyada 60, Ukraynada 50, Belarusda 46,5 kv/km sahəyə yayılmışdı. Stansiyanın istifadəsinə 2000-ci ildə son qoyulmuşdu.