Cərimə protokolları hansı halda ləğv edilə bilər? – RƏSMİ

30

“Bəzi hallarda vətəndaş icazəli olduğunu desə də, icazə portalında onun məlumatları görünmür”.

Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O bildirib ki, həmin şəxslər inzibati məsuliyyətə cəlb edilib:

“Polis həmin şəxsin yanında məlumatları portal vasitəsilə yoxlayır. Vətəndaşın adı çıxmadığı üçün polis inzibati xəta üzrə protokol tərtib edir. Polis heç bir halda qanunsuzluq etmir.

Ola bilər ki vətəndaş evdən çıxdıqdan bir saat sonra adı portalda qeydiyyata alınıb. Bu, ondan irəli gəlir ki, işəgötürən şəxs icazə portalına işçinin adını gec qeyd edir, amma işçini işə tez çağırır.

Əgər bu prosesdə polisin günahından protokol səhv yazılarsa, vətəndaş həmin faktı bizə təqdim etsin. Müvafiq araşdırma aparılacaq və nəticədən asılı olaraq həmin protokol ləğv olunacaq”.