Cənubi Koreya insidentini inkar edən Rusiya bu gün GERİ ADDIM ATDI!

    6

    Hurriyyet.org xəbər verir ki, Cənubi Koreya prezidentinin nümayəndəsi Yun Do Xan bildirib ki, Rusiya tərəfi dünən Rusiya qırıcısı ilə baş verən insidentə görə “dərindən təəssüfləndiyini” bəyan edib.

    Xan deyib: “Rusiya tərəfi bildirib ki, RF-nin Müdafiə Nazirliyi dərhal yoxlama aparacaq və zəruri addımları atacaq. İnsidentin “texniki xəta”nın nəticəsi olduğu deyilir. Rusiya tərəfinin məsələ ilə bağlı müraciəti Rusiyanın Seuldakı hərbi attaşesi tərəfindən Koreya Respublikasının Müdafiə Nazirliyinə verilib. Rusiyanın məlumatına görə, uçuş Rusiya və Çin təyyarələrinin birgə təlimləri zamanı baş tutub. Moskvanın sözlərinə görə, təyyarə əvvəlcədən planlaşdırılmış marşrutla hərəkət edib və bu insident baş verməməli idi. Rusiya tərəfi Cənubi Koreyanın hava məkanının Rusiya təyyarəsi tərəfindən pozulduğu bildirilən yerin koordianantlarını verməyi xahiş edib. Rusiya tərəfi bildirir ki, beynəlxalq qanunlara və Cənubi Koreyanın daxili qanunlarına hörmət edir və müdaxilə eləməyi planlaşdırılmayıb, həmçinin, Cənubi Koreya ilə əlaqələrin inkişaf edəcəyinə və bu insidentin qarşılıqlı münasibətlərə əngəl olmayacağına ümid edir”.

    Rusiya təyyarələrinin Cənubi Koreyanın hava məkanını pozduğu barəsində xəbəri bu ünvanda oxuya bilərsiniz: https://www.hurriyyet.org/xeber/rusiya_cenubi_koreyanin_hava_mekanini_pozdu_-_360_df_at_aildi

    Hurriyyet.org