Con Kerri: “ABŞ Cənub Qaz Dəhlizini dəstəkləməkdə davam edəcək”

    6

    “Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan Avropaya 10 milyard kubmetrdən çox qaz nəql olunacaq. Bu layihənin reallaşması ilə Avropa bazarına yeni qaz çıxacaq. Buna görə, nəinki Cənub Qaz Dəhlizi, o cümlədən Yunanıstan-Bolqarıstan qaz interkonnektoru ilə bağlı işlər davam etdirilməlidir. TAP və Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyə töhfə verəcək. Bugünkü təməlqoyma mərasimi Cənub Qaz Dəhlizinin tamamlanması istiqamətində atılan ən zəruri addımdır. Nəticədə həm regional, həm də Avropanın enerji mənbələrinin diversifikasiyası təmin ediləcək. ABŞ bu layihəyə dəstəyini davam etdirəcək“. /apa/