Cennifer Lopezin filmi qadağan edildi

    21

    Dünyaca məşhur müğənni Cennifer Lopezin başrolda oynadığı "Hustlers" (Striptizçilər) filmi Malayziyada qadağan edilib.

    Hurriyyet.org axşam.az-a istinadən bildirir ki, buna səbəb ekran işində erotik səhnələrin çoxluğudur. Bundan başqa filmdə narkotik maddələrin istifadəsinin açıq-aşkar nümayişi də müvafiq qurumları bu addımı atmağa vadar edib.

    Qeyd edək ki, hazırda adıçəkilən ekran işi izlənmə sayına görə həm Amerika, həm də Avropada ilk sıralardadır.