Çempionlar Liqasında qrupların tərkibi müəyyənləşdi – “Barselona” “Yuventus”la eyni qrupda

69

Bu gün UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün qrup mərhələsinin püşkü atılıb.

Qitə futbol qurumu püşkatmaya qatılan 32 komandanı 4 səbətə bölüb. İsveçrənin Nyon şəhərindəki mərasimdə 8 qrupun tərkibi müəyyənləşib.

“Barselona” və “Yuventus” klubları eyni qrupda – G qrupunda yer alıb. Bu isə azarkeşlərin maraqla gözlədiyi Messi – Ronaldo qarşılaşaması ilə əlamətdar olacaq.

E qrupunda Avropa Liqasının son çempionları “Sevilya” (İspaniya) və “Çelsi” (İngiltərə) klubları qarşılaşacaq.

Qeyd edək ki,  Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi

A qrupu

“Bavariya” (Almaniya)

“Atletiko” (İspaniya)

“Zaltsburq” (Avstriya)

“Lokomotiv” (Moskva, Rusiya)

 

B qrupu

“Real Madrid” (İspaniya)

“Şaxtyor” (Ukrayna)

“İnter” (İtaliya)

“Borussiya” (Mönxenqladbax, Almaniya)

 

C qrupu

“Porto” (Portuqaliya)

“Mançester Siti” (İngiltərə)

“Olimpiakos” (Yunanıstan)

“Marsel” (Fransa)

 

D qrupu 

“Liverpul” (İngiltərə)

“Ayaks” (Niderland)

“Atalanta” (İtaliya)

“Midtüllann” (Danimarka)

 

E qrupu

“Sevilya” (İspaniya)

“Çelsi” (İngiltərə)

“Krasnodar” (Rusiya)

“Renn” (Fransa)

 

F qrupu

“Zenit” (Rusiya)

“Borussiya” (Dortmund, Almaniya)

“Latsio” (İtaliya)

“Brügge” (Belçika)

 

G qrupu

“Yuventus” (İtaliya)

“Barselona” (İspaniya)

“Dinamo” (Kiyev, Ukrayna)

“Ferentsvaroş” (Macarıstan)

 

H qrupu

PSJ (Fransa)

“Mançester Yunayted” (İngiltərə)

“Leyptsiq” (Almaniya)

“Başakşehir” (Türkiyə)

Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına oktyabrın 20-də start veriləcək.    //Offsideplus.