Çempionlar Liqasında pley-offa start verilir

30

Bu gün Çempionlar Liqasında pley-off mərhələsi start götürəcək.

Qol.az xəbər verir ki, ilk oyun günündə üç görüş keçiriləcək.

 

“Krasnodar” PAOK-u, Təl-Əviv “Makkabi”si “Zalsburq”u, “Slaviya” isə “Midtülland”ı qəbul edəcək.

Qeyd edək ki, mövsümdə ilk dəfə cütlərin qalibi iki oyunun nəticəsinə əsasən bəlli olacaq. Bu mərhələnin cavab oyunları sentyabrın 29-30-da keçiriləcək.

22 sentyabr

Çempionlar Liqası

Pley-off, ilk oyunlar

23:00. “Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan)

23:00. “Makkabi” (Təl-Əviv, İsrail) – “Zalsburq” (Avstriya)

23:00. “Slaviya” (Çexiya) – “Midtülland” (Danimarka)