Çempionlar Liqasında 1/4 final və yarımfinal cütləri müəyyənləşdi

54

UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün sonuncu püşkatması keçirilib.

Mərasimdə 1/4 final və yarımfinal mərhələlərində üz-üzə gələcək cütlüklər müəyyənləşib.

12-15 avqust

1/4 final

1. “Mançester Siti” (İngiltərə) / “Real Madrid” (İspaniya) cütünün qalibi – “Yuventus” (İtaliya) / “Lion” (Fransa) cütünün qalibi

2. “Leyptsiq” (Almaniya) – “Atletiko” (Madrid, İspaniya)

3. “Barselona” (İspaniya) / “Napoli” (İtaliya) cütünün qalibi – “Bavariya” (Almaniya) / “Çelsi” (İngiltərə) cütünün qalibi

4. “Atalanta” (İtaliya) – PSJ (Fransa)

18-19 avqust

Yarımfinal

1 cütünün qalibi – 3 cütünün qalibi

2 cütünün qalibi – 4 cütünün qalibi

Qeyd edək ki, 1/4 finaldan etibarən qarşılaşmalar Portuqaliyanın paytaxtı Lissabonda “8-lər finalı” formatında keçiriləcək və 1 matçdan ibarət olacaq.

1/8 final mərhələsinin 4 cavab görüşü isə 7-8 avqust tarixlərində olacaq. Final matçı isə avqustun 23-də baş tutacaq.Həmin qarşılaşmada “Leyptsiq” (Almaniya) / “Atletiko” (Madrid, İspaniya) – “Atalanta” (İtaliya) / PSJ (Fransa) cütləri arasındakı görüşün qalibi nominal meydan sahibi sayılacaq. /report/