Cəlilabaddakı silahlı insidentlə bağlı YENİ XƏBƏR

    6

    Ötən gün Cəlilabadda baş vermiş silahlı insidentin iştirakçılarından biri saxlanılıb.

    Hurriyyet.org xəbər v erir ki, Cəlilabad rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində İlqar Həsənov tutulub.

    Saxlanılarkən ondan AKS tipli avtomat, 1 ədəd avtomat darağı və 8 ədəd patron götürülüb.

    Silahlı insidentin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb araşdırma aparılır.

    Qeyd edək ki, iyunun 7-də Cəlilabad rayon sakinləri olan şəxslər odlu silahdan bir-birinə atəş açıb. Silahlı insident zamanı xəsarət alan olmasa da, "Lexus" markalı avtomobilə və yaşayış evinə ziyan dəyib./apa/