Cəlilabadda yük maşını mikroavtobusla toqquşub: 1 ölü, 9 yaralı – VİDEO – ADLAR – YENİLƏNİB

    3

    İyunun 1-i axşam saatlarında Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində ağır yol qəzası nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

    Hurriyyet.org “Report”a istinadən xəbər verir ki, hadisə "Shacman" markalı yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində baş verib.

    Qəza nəticəsində ölən şəxs mikroavtobusun Masallı rayonundan olan sürücüsü Dadaşov İbrahim Dadaşbala oğludur. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib.

    Yaralılar bunlardır:

    Səmədova Gülər Nadir qızı, 1995, Masallı rayon Bədəlan kəndi

    Səmədov Məhəmməd Afiq oğlu, 2017, Masallı rayon Bədəlan kəndi

    Quliyev Akşin Ehtiram oğlu, 2003, Masallı rayon Kolatan kəndi

    Quliyev Fərid Ehtiram oğlu, 2002, Masallı rayon Kolatan kəndi

    Əbülfəszadə Şəfa Qasım qızı, 1998, Masallı rayon Kolatan kəndi

    Sadıqova Şəbnəm Şəmşad qızı, 2009, Masallı rayon Kolatan kəndi

    Sadıqov İslam Şəmşad oğlu, 2014, Masallı rayon Kolatan kəndi.

    Sadıqova Səbiyyə Şəmşad qızı, azyaşlı

    Cabbarova Günəş, 1987

    Yaralılardan 7-si Masallı, 2-si isə Cəlilabad rayon mərkəzi xəstəxanalarına aparılıb. Masallıya yerləşdirilən yaralıların vəziyyətləri orta-ağırdır. Onlardan 2-sinə ambulator tibbi yardım göstərilib.

    Faktla bağlı araşdırma aparılır.


    ***

    Ötən gün axşam saatlarında Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində ağır yol qəzası olub.

    Hurriyyet.org “Report”a istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə "Shacman" markalı yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində baş verib.

    Hadisə ilə əlaqədar olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına biri azyaşlı olmaqla 2 yaralı, morqa isə 1 meyit gətirilib. Yaralıların bir qisminin isə Masallı rayon xəstəxanasına aparıldığı bildirilir. Ölənlərin sayının artma ehtimalı var.

    Faktla bağlı araşdırma aparılır.


    ***

    Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hurriyyet.org “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

    İlkin məlumata görə, “Shacman” markalı yük maşını ilə mikroavtobus toqquşub. Ölən və yaralananlar var.

    Faktla bağlı araşdırma aparılır.