Cəlilabadda məscidin nəzir qutusundan oğurluq edildi

    24

    Cəlilabad rayonunda məscidin həyətindəki nəzir qutusundan oğurluq edilib.

    DİN Mətbuat Xidmətindən Hurriyyet.org-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinə iyunun 22-nə keçən gecə Maşlıq kəndi ərazisindəki məsçidin həyətindəki nəzir qutusundan 150 manat pulun oğurlanması barədə məlumat daxil olub.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini N.Mahmudov saxlanılıb.

    Araşdırma aparılır.