Cəlilabadda kombayn aşdı – ÖLƏN VAR

    21

    Cəlilabad rayonu ərazisində “Niva” markalı taxıl biçən kombayn aşıb.

    Hurriyyet.org bildirir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə iyunun 30-da saat 14 radələrində Cəlilabad rayonunun Məşədilər kəndi ərazisində baş verib.

    Belə ki, şəhər sakini Aydın Dünyamalıyev idarə etdiyi “Niva” markalı taxıl biçən kombaynı aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.