Cəlilabadda bir ailədən iki gəlinin yoxa çıxmasının təfərrüatı: Bütün kənd gəlinləri axtarır…

6

Cəlilabad rayonunda bir ailədən iki gəlinin yoxa çıxmasının təfərrüatı məlum olub.

Hurriyyet.org bildirir ki, rayonun Təzəkənd kənd sakinlərinin Qaynarinfo-ya verdiyi məlumata görə, gəlinlər gecə saat 12:00-da evdən çıxıblar:

“Gəlinlər evdar qadınlardır. Birinin iki, digərinin isə bir uşağı var. Onların taleyi qaranlıqdır. Bilinmir ki, evdən gediblər, yoxsa qaçırılıblar. Gedərkən uşaqlarını da götürməyiblər. Gəlinlərin həyat yoldaşları evdə söz-söhbət olmadığını deyirlər. Gəlinlər iki gün öncə gecə saat 12:00-da evdən qonşuya getmək adı ilə çıxıblar. Bir saatdan sonra onların qayıtmadığını görəndə narahat olublar. Maraqlananda məlum olub ki, gəlinlər qonşuda çox oturmayıblar. Ailə Daxili İşlər Nazirliyinin “102” zəng xidməti mərkəzi ilə əlaqə saxlayıb. Hüquq–mühafizə orqanlarına müraciət edilib, bütün kənd gəlinləri axtarır”.