Cəlilabadda 24 yaşlı qız itkin düşüb – 7 aydır ki, ondan xəbər yoxdur

    6

    Cəlilabad rayonunda gənc qız itkin düşüb.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, rayonun Üçtəpə kənd sakini, 1995-ci il təvəllüdlü Aytəkin Qəzənfər qızı Həbibova 2018-ci il dekabrın 16-da yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

    Onun əlamətləri- boyu 160 santimetr, orta bədən quruluşlu, gözlərinin rəngi qonur, saçlarının rəngi qaradır. Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinin 025-245-52-19 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.