Cəbhədə döyüşlər başlayacaq, Paşinyan ermənilərə deyəcək ki… – Markov ssenarini açıqlayır

21

“Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına hazırdır, sadəcə olaraq, bununla bağlı məsuliyyəti tək üzərinə götürmək istəmir və digərləri ilə məsuliyyəti bölmək imkanları axtarır”.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markov deyib.

Lakin Markov qeyd edir ki, Dağlıq Qarabağda separatçı rejimin “prezidentliyinə” namizədlər bu fikri yaxın buraxmırlar.

“Namizədlərin ərazilərin qayıdışına qarşı çıxması seçkilərə hesablanıb. Hərçənd, seçkidən sonra da seçiləcək yeni “prezident” eyni mövqeni nümayiş etdirəcək. Bu baxımdan, tək qalan Paşinyan əraziləri qaytarmaq məsələsindən çəkinir, ən azı indi belədir. Hazırda erməni baş nazir Qarabağla bağlı əhalinin əhval-ruhiyyəsini yoxlayır. Əgər o, razılığa getməyəcəksə, böyük ehtimalla hərbi hərəkətlərin yeni alovunu görəcəyik. O zaman, Paşinyan həmsədr ölkələrdən xahiş edəcək ki, onlar tərəflər arasında atəşkəsi bərpa etsinlər. Beləliklə, Putin, Tramp və Makron rəsmən münaqişə tərəflərini razılaşmağa dəvət edəcəklər. Paşinyan da erməni əhalisinə deyəcək ki, “baxın mən müqavimət göstərirdim, amma dünya ictimaiyyəti münaqişənin həlli ilə bağlı təzyiq edir”, – Markov bildirib.