Çavuşoğlu: “Ümidvarıq ki, Qarabağda atəşkəsə nəzarət mərkəzi tez bir zamanda qurulacaq”

294

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdən sonra verilən mətbuat konfransında  rəsmi Ankaranın Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə birgə Mərkəzin ən qısa müddət ərzində qurulacağına ümidvar olduğunu bildirib.

Çavuşoğlu deyib: “Qarabağda atəşkəs rejimi bərqərar olub. Atəşkəsə nəzarət monitorinqi üzrə Mərkəzin ən qısa müddət ərzində yaradılacağına ümid edirik”.