Çavuşoğlu: “Türkiyə ilə Rusiya münasibətləri müsbət istiqamətdə inkişaf edir”

354

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu parlamentdəki çıxışında Türkiyə ilə Rusiyanın ümumi maraqlara və qarşılıqlı hörmətə əsaslanmış münasibətlərinin müsbət istiqamətdə inkişaf elədiyini bildirib. Çavuşoğlu deyib: “Rusiya ilə münasibətlər bizim xarici siyasətimizin əsas aspektidir. Rusiya ilə razılaşdıra bilmədiyimiz bəzi məsələlər olsa da, biz canlı dialoqu saxlamağa və ümumi məxrəclərə gəlməyə çalışırıq. Dialoqumuz Dağlıq Qarabağ məsələsində olduğu kimi, nəzərə çarpan nəticələr verməkdədir. Türkiyə strateji yanaşma xəttini saxlamaqdadır”.

Çavuşoğlu cari ilin ilk on ayı ərzində ikitərəfli ticarətin həcminin 14 milyard dollar olduğunu bildirib. “Türk axını” qaz boru xəttu, Akkuyu AES kimi layihələr bizim ikitərəfli münasibətlərimizin əsas başlıqlarıdır”.