Çavuşoğlu Gəncə soyqırımdan yazdı: “Bu vəhşətə səssiz qalmaq bu cinayətə ortaq olmaq deməkdir”

9

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu işğalçı Ermənistanın Gəncəyə hücumunu pisləyərək bildirib: “Bu vəhşətə səssiz qalmaq, bu cinayətlərə ortaq olmaq deməkdir. İnsanlıqdan nəsibini almayanlar törətdikləri cəzanın hesabını verəcəklər”.

Çavuşoğlu öz “Tvitter” hesabında bildirib: “Ermənistan hərbi cinayət törətməyə, dinc əhalini qətlə yetirməyə davam edir. Uşaq-böyük demədən məsum insanları qətlə yetirirlər. Bu vəhşətə səssiz qalmaq bu cinayətlərə ortaq olmaq deməkdir. İnsanlıqdan nəsibini almayanlar törətdikləri cəzanın hesabını verəcəklər. Daima Can Azərbaycanın yanındayıq”.