Hurriyyet.org xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Tvitter” hesabında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı yazı paylaşıb.
Paylaşmada deyilir: “Vəfatının 17-ci ildönümündə cənnətməkan Heydər Əliyevi rəhmət və hörmətlə anırıq. Bizlərə miras qoyduğu “Bir millət iki dövlət” şüarı əbədi yaşayacaqdır! Rahat yat, ümummilli lider, Qarabağ Azərbaycandır!”
https://twitter.com/MevlutCavusoglu/status/1337659739774316544