Hurriyyet.org xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Vaşinqtonun sanksiyalarına baxmayaraq, Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri almaq məsələsində geri addım atmayacağını bildirib. Çavuşoğlu bu sözləri 24 TV telekanalına açıqlamasında söyləyib.
TASS informasiya agentliyi nazirin sözlərindən sitat gətirərək deyib: “Biz müdafiə sənayemizin daha da müstəqil olması üçün addımlar atmağa davam edirik. S-400 məsələsində geri addım atmayacağıq”.
Nazir Amerikanın Türkiyəyə qarşı sanksiya tətbiq eləməsinin yanlış qərar olduğunu və Ankaranın cavab addımları atacağını bildirib.