Cavid Qurbanovun müavininin atası Qəbələdə meşələri alıb? – ŞOK

240

Qəbələ sakinləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Vüsal Aslanovdan şikayətçidir.

 

Hurriyyet.org-un xəbərinə görə, bu barədə rayon sakinləri adından verilən məlumatda deyilir.

 

Qeyd olunur ki, Qəbələ rayonu Fövqaladə Hallar Naziri Kəmaləddin Heydərovun qeyri-rəsmi kurasiyasından çıxarıldıqdan sonra rayonda yeni “qubernator” peyda olub. Qəbələnin çayını, meşəsini, tarixi ərazilərini alıb “şəxsi mülkiyyət”inə çevirən bu şəxs “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Vüsal Aslanovun atası Yusif Aslanovdur.

 

Yusif Aslanov oğlunun büdcədən oğurladığı pullar hesabına Qəbələdə insanların maddi vəziyyətlərinin acınacaqlı olmasından, sözün əsl mənasında, bir tikə çörəyə möhtac olmasından istifadə edib onların son dolanışıq yeri olan torpaqlarını dəyər-dəyməzinə əllərindən alır. Burada əsl feodal qanunları hökm sürür.

 

Məlumata görə, Yusif Aslanova meşə ərazisi sayılan hektar yarım torpağın sənədləşdirilməsi üçün Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev xüsusi canfəşanlıq göstərir. İcra başçısının bu barədə müvafiq yerli idarələrə tapşırıq verdiyi də deyilir.

 

Qeyd edək ki, əslən Kəlbəcər rayonundan olan Vüsal Aslanov Cavid Qurbanovun ən çox etibar etdiyi şəxslərdəndir.

 

Vüsal Aslanovun QSC sədri yanında etibarı hətta o qədər yüksəkdir ki, Cavid Qurbanov dəyəri yüz milyonlarla ölçülən biznesinin mühüm hissəsinin idarə olunmasını da ona həvalə edib.

 

Vüsal Aslanovun birbaşa nəzarət etdiyi bu cür biznes layihələrindən biri də “TOPAZ”dır.

 

Xatırladaq ki, may ayının 6-da İlham Əliyev keçirdiyi onlayn müşavirədə “Azərbaycan Dəmir Yolları” QSC-ni səmərəsizlikdə ittiham etmişdi.

 

Qarşı tərəf məsələ ilə əlaqədar mövqe nümayiş etdirə bilər.(Busaat.az)