Cavakx erməni klanı Gürcüstana meydan oxuyur 

84

3 gün əvvəl Gürcüstanın erməni “Cavaxk” separatçılarının başçısı Vahan Çaxalyanın Qarabağda aparılan əməliyyatlarda məhv edilməsi barədə məlumat yayıldı. Bu adam son vaxtlara qədər sosial şəbəkələrdə qürurla Gürcüstana dönəcəyini və Gürcüstan dövlətinə qarşı mübarizə aparacağını vəd edirdi.

Xatırladaq ki, Vaahn Çaxalyan, separatçı təşkilatın rəhbəri kimi, ekstremist Cavaxetiya ermənilərini məqsədi Samtsxe-Cavaxetiyanı Gürcüstandan qoparıb Ermənistana birləşdirmək olan “Virk” təşkilatında birləşdirdi.

Çaxalyan  Gürcüstan ərazisində terrora və dövlətin dağılmasına çağırdığına görə mühakimə və həbs olunmuşdu, lakin 2012-ci ildə amnistiya sayəsində vaxtından əvvəl sərbəst buraxıldı və yenidən separatçı fəaliyyətinə qayıtdı.

Qarabağda hərbi əməliyyatların başlanması ilə Gürcüstan – Samtsxe-Cavaxetiyada olduğu kimi, Ermənistanda da “Cavaxk” ermənilərinin silahlı dəstələri meydana gəlməyə başladı. Çaxalyan Gürcüstan vətəndaşı olan “Cavaxk” ermənilərinin tərkibində 50-dən çox terrorçunun olduğu qrupuna rəhbərlik edirdi. “Kavkazplus” saytının məlumatına görə, separatçı lider Çaxalyan 27 terrorçu ilə dolu maşının məhv edilməsindən sonra sağ qalıb. Erməni xüsusi xidməti terrorçubaşı Çaxalyanı ciddi-cəhdlə qoruyur.

Erməni xüsusi xidmət orqanları açıq şəkildə Cavax separatçılarının liderinin qayğısına qalır və Çaxalyan cəbhə bölgəsində, böyük ehtimalla tabeliyində olanlardan ayrı hərəkət edir və hətta Facebook səhifəsində (https://www.facebook.com/Chakhalyan.Javakhk/posts/3357400387683331) bu barədə fəxrlə yazdı. Bu yazının tərcüməsi panorama.am tərəfindən “Vahan Çaxalyan: Gördüyünüz kimi sağ- salamatam” məqaləsində verilmişdir:

““ Kamk” təşkilatının qurucusu, Cavaxk kökənli fəal ictimai xadim Vahan Çaxalyan, cəbhədə ölümü barədə yayılan şayiələrə reaksiya verdi.

“Keçən gün Azərbaycan və Gürcüstan -Əliyev və Saakaşvili tərəfdarı- mətbuatında yayılan məlumatların həqiqətə uyğun olmadığını deməyə gəldim” – Çaxalyan xəbər verir və sonda belə yazır:

“Azərbaycanda və Gürcüstanda bu xəbərdən məmnun qalanlar haqqında hər şey aydındır, amma Ermənistanda bu xəbərdən razı qalanlar və sevinənlər ilə müharibə bitdikdən sonra danışacağam”.

Çaxalyanın öldürülməsi ilə bağlı xəbərə Ermənistanda sevinən “xəyanətkarlara” eyhamı da çox şey deyir. Məsələ bundadır ki, “Cavaxk” separatçılarının liderinin “yüksəlişi” İrəvandakı hamıya xoş gəlmir. Bir çoxları  birinci Qarabağ müharibəsinin bir vaxtlar Ermənistanın özündə “Artsax” separatçılarının nüfuzunun artmasına və “Qarabağ klanı” nın kəskin güclənməsinə gətirib çıxarmasını xatırlayır. Nəticədə bu separatçılar Ermənistanda hakimiyyətə gəldilər..

Aydındır ki, Azərbaycan ordusunun məhv etdiyi “Cavaxk” yaraqlıları artıq Gürcüstana qarşı döyüşməyəcəklər. Ancaq təhlükəli terrorçu və separatçı Vahaqn Çaxalyanın hələ də aradan qaldırılmaması Gürcüstanın hüquq-mühafizə orqanları üçün bir siqnaldır – onlar heç bir halda  rahat durmamalıdırlar.

ÜLVİYYƏ
Hurriyyet.org