Hurriyyet.org xəbər verir ki, İranda ABŞ-ın Türkiyəyə qarşı sanksiya qərarına etiraz edilib.
İranın Xarici İşlər naziri Cavad Zərif ABŞ-ın Türkiyəyə S-400 sanksiya qərarı ilə bağlı sosial media hesabında açıqlama verib. Zərif yazıb: “ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarını qətiyyətlə pisləyirik. Türk xalqının və hökumətinin yanındayıq. ABŞ yenə sanksiyapərəstliyini və beynəlxalq hüquqa məhəl qoymadığını nümayiş etdirdi”.
ABŞ-ın Maliyyə Nazirliyi Rusiyadan S-400 hava hücumundan müdafiə zenit-raket komplekslərini aldığı üçün Türkiyəyə qarşı sanksiyalar tətbiq edəcəyini bəyan edib.