Cari ildə Gürcüstanın xarici ticarət dövriyyəsi 14,6 faiz azalıb

318

Yanvar-noyabr ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi 10 milyard 202,4 milyon dollar təşkil edib. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə Gürcüstanın xarici ticarətində ixracın dəyəri 3 milyard 16,4 milyon dollar olub ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 11,3 faiz azdır. İdxalın dəyəri isə 15,9 faiz azalaraq 7 milyard 186 milyon dollar təşkil edib.

Hesabat dövründə Gürcüstanın xarici ticarətində 4 milyard 169,5 milyon dollarlıq mənfi saldo yaranıb.