Calal Arutyunyanın ölümü təsdiqlənir…

213

Deputat Gevorg Petrosyan: “Əgər onun yarası yüngül idisə niyə onu dərhal vəzifədən azad etdilər?”

Ermənistanda müxalif “Çiçəklənən Ermənistan” partiyasından deputat Gevorg Petrosyan qondarma “dqr müdafiə naziri”, general-leytenant Calal Arutyunyanın “yüngül yaralandığı” barədə deyilənlərə inanmadığını bildirib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, deputat özünün Facebook səhifəsində məntiqi sualla çıxış edib: “Əgər Calal Arutyunyanın rəsmi versiyada deyildiyi kimi, yarası yüngül idisə və həyati təhlükəsi yox idisə nəyə görə onu dərhal vəzifəsindən azad ediblər? Orada nəsə təmiz deyil, həqiqət gizlədilir və xalq yenə də reallıqdan təcrid olunub”.

Xatırladaq ki, ötən həftə Azərbaycan ordusu general Calal Arutyunyanın xidməti avtomobilini müəyyən edib və pilotsuz təyyarələrlə onu təqib etməyə başlayıb. Arutyunyan bir neçə hərbi avtomobilin müşaiyəti ilə Xocavənd istiqamətindəki döyüş mövqelərindən birinə gedəndə onun avtomobilinə zərbə pilotsuz təyyarə raket zərbəsi endirib və yanındakılarla birlikdə məhv edilib.

Qondarma rejim isə onun “yüngül yaralandığını” açıqlasa da dərhal vəzifəsindən azad edərək yerinə Mikael Karapetyanı təyin edib.