Cahangir Hacıyevin səhhəti ilə bağlı vəkilindən və nazirlikdən açıqlama – Sabiq bankirə nə olub?

87

Həbsdə olan sabiq bankir Cahangir Hacıyevin səhhətində problem olması ilə bağlı məlumatlar var. Bu barədə onun bacısı Əminə Hacıyeva da açıqlama yayıb.

Səsləndirilən fikirlərlə bağlı Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev Musavat.com-a danışıb.

Vəkil bildirib ki, Cahangir Hacıyevdə ürək çatışmazlığı yaranıb:

“Cahangir Hacıyevdə Haşimoto sindromu, qalxanabənzər vəzinin xroniki xəstəliyi var. Bu xəstəlik də onda ürək çatışmazlığı, təngənəfəslik yaradır. İyulun 2-dən 3-nə keçən gecə onda infarktöncəsi vəziyyət yaranmışdı. Buna görə də ona təcili müalicə lazımdır.

Evdən dərmanlar göndərilir, amma müalicə alması üçün mütləq cəzaçəkmə müəssisəsinin tibb hissəsinə, ya da müalicə müəssisəsinə köçürməlidirlər. Amma bunu etmirlər. Hazırda vəziyəti yaxşı deyil.

Penitensiar Xidmətə də, Ədliyyə Nazirliyin Tibb Baş İdarəsinə də müraciət etmişik. Lakin bir cavab yoxdur. Müraciətimizdə ən azından 13 saylı cəzaçəkmə müəssisəsinin tibb hissəsinə köçürülməsini istəmişik. Cahangir Hacıyev həbs edilmədən öncə də bu xəstəliyə görə mütəmadi olaraq müalicə alıb”.

Fəxrəddin Mehdiyev bildirib ki, Cahangir Hacıyevlə sonuncu dəfə bir neçə ay əvvəl görüşüb. Buna səbəb isə koronavirus pandemiyası ilə əlaqədar həbsxanalarda görüşlərin dayandırılmasıdır.

Onun sözlərinə görə, bu müddət ərzində Cahangir Hacıyev yalnız bacısı ilə əlaqə saxlayıb və səhhətinin yaxşı olmadığını deyib.

İddialarla bağlı Penitensiar Xidmətə əlaqə saxladıq. Bildirildi ki, bu barədə məlumatı yalnız Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən öyrənmək mümkündür.

First slide

Ədliyyə Nazirliyinin Tibb baş idarəsindən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, nazirlik tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması üzrə ciddi tədbirlər görülür, bununla bağlı tibb baş idarəsi fəaliyyətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini rəhbər tutur, həmçinin Səhiyyə Nazirliyi və TƏBİB-lə qarşılıqlı fəaliyyətdə əməkdaşların, məhkumların, həbs edilmiş şəxslərin həyat və sağlamlıqlarına gündəlik nəzarət olunur. Səhhətində hər hansı problemi olanlar dərhal izolyasiya edilir, müvafiq müayinələrdən, o cümlədən koronavirusa qarşı yoxlamalardan keçirilir.

Penitensiar müəssisələrdə COVİD-19 infeksiyasına qarşı mütəmadi profilaktik tədbirlər görülür, vəziyyət tam nəzarət altındadır”.

Cahangir Hacıyevin səhhəti ilə bağlı yaranmış vəziyyətə gəlincə, nazirlikdən bildirilib ki, onun səhhəti normaldır.

“Məhkum Hacıyev Cahangir Fevzi oğlunun bacısı Əminə Hacıyeva qardaşının səhhətindən narahatdır, kəskin pisləşdiyini söyləyir. Penitensiar müəssisədə cəza çəkən C.Hacıyevin səhhəti normaldır və narahatlığa heç bir səbəb yoxdur.

Cahangir Hacıyevin bacısı aeroportda saxlandı - Foto

Cəza çəkdiyi müddət ərzində bütün məhkumlar, o cümlədən Cahangir Hacıyev üçün tibbi xidmətlər daim əlçatandır, xroniki xəstəlikləri olan məhkumlar mütəmadi müayinə olunur, zərurət yarandıqda onlara tibbi yardımlar göstərilir.

Bu həssas dönəmdə həqiqətə uyğun olmayan fikirlərin səsləndirilməsi ilə bəzi şəxslər ictimaiyyətin diqqətini cəlb etməklə çaşqınlıq yaratmaq niyyətindədirlər”. \\Musavat