Üç ölkədən Rusiyaya qarşı güc nümayişi – QIRICILAR HAVAYA QALDIRILDI

    27

    Hurriyyet.org xəbər verir ki, İngiltərə, ABŞ və Fransa dövlətlərinin qırıcı təyyarələri Şimal dənizində təlimata başlayaraq, Rusiyaya qarşı birlik nümayiş etdiriblər.

    İngiltərə səmasında keçirilən təlimlərdə aralarında F-15, F-35B Lightning II təyyarələri və Rafale qırıcıları olmaqla, 40-dan artıq hərbi təyyarə iştirak edib.

    “Point Blank” adı verilən təlimin mövzusu ABŞ, Fransa və İngiltərənin Şimal dənizində təhdid olaraq gördüyü Rusiyaya qarşı mümkün müdaxilə olub.

    Fransanın Rafale hərbi təyyarələri bu cür təlimlərdə ilk dəfə iştirak ediblər.

    İngiltərə Hava Qüvvələrinin kont-admiralı Cez Attric deyib: “Şərtlərin dəyişdiyini görürük, Rusiya beynəlxalq qaydalara meydan oxumaqdadır. Bu təlimlər təhlükəsizlik məqsədi ilə keçirilir”.

    Xarici mətbuatda təlimlərin Rusiya ilə Ukrayna arasındakı gərginliyə cavab addımı kimi keçirildiyi iddiaları əks olunub.

    Hurriyyet.org