Üç əsr boyunca okean altında qalan xəzinə – Suyun altında 18 milyard…

    6

    İspaniya donanmasına aid “San Xose” gəmisini üç əsr boyunca okean altında qalan xəzinə ilə dolu hissələri tapılıb.

    Mütəxəssislərə görə, gəmidəki qızıl və qiymətli daş-qaşların dəyəri 4-18 milyard dollar arasında dəyişir.

    Karib dənizində İngiltərə donanması tərəfindən batırılan gəminin qapılarındakı işləmələrə nəzərə yetirən mütəxəssislər onun “San Xose” gəmisinə aid olduğu qənaətinə gəliblər. 1708-ci ildə batırılan gəmi 2015-ci ildə tapılıb.

    Gəmi Amerika qitəsindəki xəzinələri Avropaya daşıyırmış.

    “San Xose” gəmisində 62 silah olub. Buna baxmayaraq ingilis donanmasına müqavimət göstərə bilməyib. Gəmi batırılmasaydı milyardlarla dollar dəyərində olan xəzinə ingilislərlə müharibələrə dəstək məqsədilə istifadə olunacaqdı.

    Qeyd edək ki, uzun illərdir xəzinə ovçuları və arxeoloqlar bu gəminin axtarışı ilə məşğuldur. Gəminin 600 metr dərinlikdə tapılması axtarışların bitməsinə əsas oldu. \\ednews.net

    HURRİYYET.ORG