Üç azərbaycanlı qadına ömürlük həbs cəzası

    15

    İraqın Mərkəzi Cinayət Məhkəməsi bu gün müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan olan səkkiz qadını İŞİD terror qruplaşmasının fəaliyyətində iştirak etdiklərinə görə ömürlük həbs cəzasına məhkum edib.

    Hurriyyet.org "Report"a istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmə Şurasının hakimi Abdel Səttar Beyrakdar məlumat verib.

    Onun sözlərinə görə, terrorçu qadınların üçü Türkiyədən, üçü Azərbaycandan, biri Özbəkistandan, biri isə Suriyadan olub.

    O həmçinin qeyd edib ki, hökm terrorizmə qarşı mübarizə haqqında qanunun ikinci maddəsinə uyğun olaraq verilib.