Cənubi Koreyada prezidentliyə namizəd ölü halda tapıldı

39

Hurriyyet.org xəbər verir ki, Cənubi Koreyanın paytaxtı Seul şəhərinin meri Pak Von Sun ölmüş vəziyyətdə tapılıb. Bir müddət əvvəl bələdiyyə başçısının qızı atasının itkin düşməsi ilə bağlı polisə müraciət eləmişdi. Qızının sözlərinə görə, Pak Von Sun getməzdən əvvəl vəsiyyətnaməyə bənzər bir yazı qoyub.

Pak Von Sun 1956-cı ildə doğulub və 2011-ci ildə Seul şəhər bələdiyyəsinin başçısı seçilib.

Pak Von Sun 2022-ci ilin prezident seçkilərinə namizəd idi.

Hurriyyet.org