Cənubi Koreyada musson yağışları 21 nəfərin həyatına son qoyub

123

 

Cənubi Koreyada bir həftədir davam edən şiddətli yağışların törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 21-ə çatıb.

Musson yağışlarının əmələ gətirdiyi daşqın, sel və torpaq sürüşməsi 11 nəfərin itkin düşməsinə, 7 nəfərin yaralanmasına, habelə 3 mindən çox sakinin başqa yerə köçürülməsinə səbəbə olub.

Cənubi Koreya Prezidenti Mun Ce-in şiddətli yağışların daha çox ziyan vurduğu 7 bölgəni xüsusi təbii fəlakət zonası elan edib və müvafiq hökumət qurumlarına həmin bölgələrdə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz işlərin görülməsini tapşırıb.

Təbii fəlakət zonalarında 287 evə, 1489 yol və körpüyə ziyan dəyib. Ölkə üzrə 51 istiqamətdə avtomobil yolu və 5 istiqamətdə dəmir yolunda hərəkət dayandırılıb./AZƏRTAC/